Bakıda qəzaya uğramış avtomobillərə 5 nəqliyyat vasitəsi çırpılıb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda qəzaya uğramış avtomobillərə 5 nəqliyyat vasitəsi çırpılıb - FOTO - VİDEO - YENİLƏNİB
# 22 noyabr 2019 00:18 (UTC +04:00)

Paytaxtın Ziya Bünyadov prospektində baş vermiş yol qəzası ilə əlaqədar yolun hərəkətində sıxlıq yaranıb.

APA-nın məlumatına görə, havanın yağmurlu olması səbəbindən görmə məhdudiyyəti yarandığından, eyni zamanda yüksək surət prospektdə hərəkət edən 5 avtomobilin qəzaya uğrayan nəqliyyat vasitələrinə çırpılmasına səbəb olub.

Ümumilikdə 7 avtomobilə ciddi ziyan dəyib. Həmin ərazidə yenidən qəzanın baş verməməsi üçün hadisə yerində olan sürücülər yola çıxaraq qarşıdan gələn nəqliyyat vasitələrinə əl işarələri ilə xəbərdar edərək, onların ehtiyatlı olmalarına çalışırlar.

****

23:55

Bakının Nərimanov rayonunda iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisində baş verib.

“Nissan” markalı minik avtomobili yüksək sürətlə metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkətdə olan zaman eyni istiqamətdə olan “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə “Nissan”da olan iki sərnişin xəsarət alıb.

Qəza nəticəsində prospektdə sıxlıq yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR