Bakıxanov qəsəbəsində qanunsuz tikintinin qarşısı alınıb - VİDEO

Bakıxanov qəsəbəsində qanunsuz tikintinin qarşısı alınıb  - VİDEO
# 28 aprel 2022 11:52 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

FHN-dən APA-ya verilən xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən yaşayış kompleksində qanunazidd tikinti-quraşdırma işlərinin aparılması ilə bağlı daxil olmuş məlumat əsasında Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib. Baxış zamanı aidiyyəti dövlət qurumları ilə razılaşdırılmadan 7 nömrəli 20 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeyri-yaşayış obyektinin genişləndirilməsi məqsədilə vətəndaş tərəfindən tikinti-quraşdırma işlərinin aparıldığı müəyyən edilib. Araşdırma nəticəsində tikinti-quraşdırma işlərinin yaşayış binasının zirzəmi mərtəbəsində yerləşən avtodayanacaq sahəsinin havalandırılması üçün nəzərdə tutulan şaxtanın üzərində aparıldığı müəyyən edilib. Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada binaya bitişik qeyri-qanuni tikilinin sökülməsi təmin edilib və yeraltı avtodayanacaq sahəsinin havalandırma şaxtasının fəaliyyəti bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR