"Baku Steel Company"nin keçmiş rəhbəri bəraət istəyir

Rasim Məmmədov

© APA | Rasim Məmmədov

# 16 yanvar 2023 10:48 (UTC +04:00)

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovla bağlı hökmdən apellyasiya şikayəti verilib.

Bu barədə APA-ya Rasim Məmmədovun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkil bildirib ki, şikayət ərizəsində müvəkkili barəsindəki hökmün əsassız olduğu qeyd olunub. Bakı Apellyasiya Məhkəməsinə təqdim olunan ərizədə Rasim Məmmədov barəsində bəraət qərarı çıxarılması xahiş olunub.

Qeyd edək ki, "Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hokum ilə Rasim Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə üzərinə həbs qoyulmuş 70 milyona yaxın əmlaklar müsadirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR