"BakuBus" MMC-yə məxsus avtobus qadını vurub

"BakuBus" MMC-yə məxsus avtobus qadını vurub
# 01 yanvar 2023 23:33 (UTC +04:00)

Bakının Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Badamdar qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Hüseynova Təranə Ataxan qızı dayanacaqda avtobusa minmək istəyən zaman qapılar bağlanıb.

Bu zaman sərnişin avtobusunun təkərləri altında qalıb.

Sürücü dərhal əraziyə təcili yardım xidməti əməkdaşlarını çağırıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR