Balakən və Şamaxıda ev yanıb

Balakən və Şamaxıda ev yanıb
  • Clock-gray 10:14
  • calendar-gray 22 Noyabr 2019

Balakən və Şamaxı rayonlarında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Balakən rayonunun Yeni Şərif kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Şamaxıda baş verib. Belə ki, rayonun Çarhan kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 6 otaqlı evin 2 otağının yanar konstruksiyaları 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date