Balakəndə 1 ton xurma yanıb

Balakəndə 1 ton xurma yanıb 
  • Clock-gray 09:06
  • calendar-gray 17 Oktyabr 2019

Balakən rayonunun Qazma kəndində ümumi sahəsi 180 m² olan yardımçı tikilinin yanar konstruksiyaları 60 m² sahədə, içərisində 1 ton qarğıdalı və taxta yeşiklərə yığılan 1 ton xurma yanıb. 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Göyçay rayonunun Çayarxı kəndində isə "Cat" markalı ekskavatorun yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 

Gülşən Hacıyeva

Digər xəbərlər

Arxiv

date