Balakəndə 28 yaşlı kişi bıçaqlanıb - VİDEO

Balakəndə 28 yaşlı kişi bıçaqlanıb - VİDEO
# 26 iyul 2022 10:05 (UTC +04:00)

Balakəndə bıçaqlanma hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Balakən şəhər sakini, 1994-cü il təvəllüdlü Samiddin Quliyev belin kəsilmiş-deşilmiş və qulağın kəsilmiş xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Ona lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Balakən Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR