Balakəndə baş verən yol qəzasında beş nəfər xəsarət alıb

Balakəndə baş verən yol qəzasında beş nəfər xəsarət alıb
# 31 avqust 2022 09:58 (UTC +04:00)

Balakəndə baş verən yol qəzasında beş nəfər xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Talalar kəndi ərazisində baş verib.

Rayon sakini Azər Hacıyevin idarə etdiyi “VAZ-2104” markalı minik avtomobili hərəkətdə olarkən atı vurub. Qəza zamanı sürücü A.Hacıyev və sərnişinləri - 2005-ci il təvəllüdlü rayonun Hənifə kənd sakini Əmrah Həsənov, 2005-ci il təvəllüdlü Qazma kənd sakini Fərid Zohorov, 1996-cı il təvəllüdlü Talalar kənd sakini Amid Bayramov, 2004-cü il təvəllüdlü Qazma kənd sakini Ərəstun Müftəliyev müxrəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR