Balakəndə bələdiyyədə mənimsəməyə görə cinayət işi başlanıb

Balakəndə bələdiyyədə mənimsəməyə görə cinayət işi başlanıb
# 30 yanvar 2023 18:07 (UTC +04:00)

Balakən rayon Qullar bələdiyyəsində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Balakən rayon prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış araşdırma zamanı Ramazan Ömərovun Qullar bələdiyyəsinin sədri işlədiyi müddətdə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Balakən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR