Balakəndə boğazı kəsilən qadın ölüb - YENİLƏNİB-1 - VİDEO

Balakəndə boğazı kəsilən qadın ölüb - YENİLƏNİB-1  - VİDEO
# 27 iyul 2022 14:46 (UTC +04:00)

Balakəndə bu gün küçədə bıçaqlanan 21 yaşlı qadın ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, boğazı kəsilən Emilya Abdurahmanova xəstəxanada keçinib.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

***

13.27

Balakəndə kişi birgə yaşadığı qadına ağır xəsarət yetirib.

APA-nın şimal-qərb bürosu xəbər verir ki, Balakən rayonunun Qazma kənd sakini Elton Layıcov qeyri-rəsmi nikahda yaşadığı rayon sakini, 2001-ci il təvəllüdlü Abdurahmanova Emilya Məzahir qızının boğaz nahiyəsini kəsib.

Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Elton Layıcov saxlanılıb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

13.02

Balakəndə kişi qadının boğazını kəsib.

APA-nın şimal-qərb bürosu xəbər verir ki, hadisə günorta saatlarında Balakən şəhərində baş verib.

Xəsarət alan qadın Balakən Mərkəzi Rayon Xəstəxanasına aparılıb və cərrahiyyə əməliyyatına götürülüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR