Balakəndə çay kənarından silah-sursat tapılıb - FOTO

Balakəndə çay kənarından silah-sursat tapılıb - FOTO
# 28 dekabr 2022 09:55 (UTC +04:00)

Balakən rayonunun Xalatala kəndi ərazisində içərisində silah-sursat olan bağlamanın olması ilə bağlı rayon polis şöbəsinin Qabaqçöl Polis Bölməsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal ərazinin mühafizəsi təşkil edilib və həmin bağlamaya baxış keçirilərkən “Kalaşnikov” avtomatına, “Makarov” tapançasına, ov tüfənginə məxsus patronlar, eləcə də 1 ədəd lüləsi kəsilmiş tüfəng və RQD-5 qumbarası aşkarlanıb. Həmin silah-sursat oradan götürülərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR