Balakəndə kafedə xuliqanlıq edən şəxs saxlanılıb

Balakəndə kafedə xuliqanlıq edən şəxs saxlanılıb
# 29 may 2023 10:08 (UTC +04:00)

Mayın 28-də rayon sakini Ceyhun Kahayevin işlətdiyi kafeyə müştəri qismində gələn Balakən şəhər sakini, 1992-ci il təvəllüdlü Məhəmməd Məmmədov orada mübahisə yaradıb.

APA xəbər verir ki, o, əvvəlcə bakal ilə obyektdəki televizoru sındırıb, daha sonra isə C.Kahayevin sifət nahiyəsinə yumruqla vuraraq xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov APA-ya bildirib ki M.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb və onun xuliqanlıq əməlini sərxoş vəziyyətdə törətdiyi müəyyən edilib.

Müvafiq ekspertiza təyin olunub və faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR