Balakəndə kişi yanğın zamanı ölüb - VİDEO - YENİLƏNİB

Balakəndə kişi yanğın zamanı ölüb  - VİDEO  - YENİLƏNİB
# 23 yanvar 2022 17:13 (UTC +04:00)

Xəbərə video əlavə edilib.

***

Saat 10:59

Balakən rayonunun Gərəkli kəndində ümumi sahəsi 12 m² olan birmərtəbəli köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1947-ci il təvəllüdlü Osmanov Zumrat Nəcməddin oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR