Balakəndə pul mübahisəsi qətllə nəticələnib

Balakəndə pul mübahisəsi qətllə nəticələnib
  • Clock-gray 08:35
  • calendar-gray 15 Noyabr 2019

Balakəndə pul üstündə kəndçilər arasında baş verən dava ölümlə nəticələnib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Hənifə kəndində baş verib.

Kənd sakinləri, 1994-cü il təvəllüdlü Elvin Eynulla oğlu Balayev və Zaur Şamil oğlu Layıcov arasında pul üstündə mübahisə düşüb. Davaya çevrilən mübahisə zamanı Zaur Layıcov üzərində olan bıçaqla Elvin Balayevə ağır xəsarət yetirib. Elvin Balayev Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Hadisəni törətməkdə şübhəli sayılan Z.Layıcov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Balakən rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Vüqar Heydərov

Digər xəbərlər

Arxiv

date