Balakəndə yol qəzası baş verib, sürücü ölüb - FOTO

Balakəndə yol qəzası baş verib, sürücü ölüb  - FOTO
# 08 iyun 2022 20:54 (UTC +04:00)

Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə saat 15 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 146-cı kilometrliyində - Balakən rayonu ərazisindən keçən hissəsində baş verib.

1993-cü il təvəllüdlü Balakən rayonu Mahmalar kənd sakini Kərim İbadullah oğlu Qaracayev idarə etdiyi “VAZ 2101” markalı minik avtomobili ilə Balakəndən Zaqatala istiqamətində hərəkət edərkən idarəetməni itirib.

Bundan sonra o, maşını yolun kənarındakı ağaca çırpıb.

Hadisənin ardından maşın yolun kənarındakı çökəkliyə aşıb.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Kərim Qaracayev Balakən Mərkəzi Xəstəxanasına (MRX) aparılıb.

Həkimlərin səyinə baxmayaraq Kərim Qaracayev dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR