Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin olunub

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin olunub
# 12 iyul 2019 16:52 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.

APA-nın məlumatına görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə BMCMİ-yə Nəsimi rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət əvvəl BMCMİ-nin rəisi Seyfulla Əzimov Azərbaycan Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Ə. Rzayev 1968-ci il avqust ayının 11-də anadan olub. O, uzun müddət BDU-nun hüquq fakültəsində “Konstitusiya hüququ” və “İnzibati hüquq” fənlərindən dərs deyib.

1995-ci ildən Daxili İşlər Nazirliyi sistemində xidmət edir.

Polis sistemində xidmətə Ukraynada adi milis nəfərliyindən başlayan Əbülfət Rzayev 1995-ci ildən Azərbaycanda Ordubad ŞPİ-də sahə müvəkkili, Qaradağda əməliyyat müvəkkili, Nəsimi rayonunda Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili, Bakı şəhər Baş Polis İdrəsinin Cinayət-Axtarış İdarəsində əməliyyat müvəkkili, Xətai RPİ-də Cinayət Axtarış Şöbəsinin rəisi, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, Şəki RPİ-nin rəisi, sonuncu təyinatına qədər isə Nəsimi RPİ-nin rəisi vəzifələrində çalışıb.

Qeyd edək ki, bu barədə ilk xəbəri strateq.az saytı yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR