Baş prokuror: "Beynəlxalq məhkəmələrdə Ermənistana qarşı iddiaların irəli sürülməsində sübutlardan istifadə olunub"

Kamran Əliyev

© APA | Kamran Əliyev

# 01 oktyabr 2022 10:11 (UTC +04:00)

Ermənistanın törətdiyi cinayətlərlə bağlı mütəmadi cinayət işləri başlanılıb və təqsirli şəxslər müəyyən edildikdə beynəlxalq axtarışa verilir.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib: "Bəzən həmin şəxslərin Azərbaycana ekstradisiya edilməsi, istintaqa cəlb edilməsində təbii ki, müəyyən çətinliklər olur: “Buna baxmayaraq, Vətən müharibəsindən sonra bir neçə cinayət törətmiş şəxsləri tapdıq və istintaqa cəlb etdik”.

Baş prokurorun sözlərinə görə, Xocalı soyqırımında iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olub: “Bu məsələnin başqa bir üstünlüyü ondan ibarətdir ki, Azərbaycan beynəlxalq məhkəmələrdə, xüsusən beynəlxalq ədalət məhkəməsində Ermənistana qarşı qaldırdığı iddiaların irəli sürülməsində istintaq zamanı əldə olunan sübutlardan istifadə olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR