Baş prokuror: "Dövlətə dəymiş ziyanın ödənilməsi prokurorluğun xüsusi diqqətindədir"

Kamran Əliyev

© APA | Kamran Əliyev

# 01 oktyabr 2022 12:56 (UTC +04:00)

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən müxtəlif dövlət qurumlarında çoxsaylı əməliyyatlar keçirilib, istintaq olunmuş cinayət işləri baxılması üçün məhkəmələrə göndərilib.

APA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.

Kamran Əliyevin sözlərinə görə korrupsiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir:

"Korrupsiya ilə mübarizəyə qarşı artıq 2022-2026-cı illər üçün yeni fəaliyyət planı qəbul olunub. Hazırda bütün dövlət qurumları və vətəndaş cəmiyyəti bu sahədə mübarizə aparırlar. Son zamanlar xüsusən dövlətə və zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi prokurorluğun diqqət mərkəzindədir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR