Baş prokuror Siyəzən, Şabran və Xızı sakinlərini qəbul edəcək

Kamran Əliyev

© APA | Kamran Əliyev

# 03 sentyabr 2022 12:21 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev sentyabrın 8-də saat 10:00-da Siyəzən rayon prokurorluğunun inzibati binasında Siyəzən, Şabran və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən xəbər verilib.

Məlumatda bildirilib ki, qəbulla bağlı qeydiyyat və Siyəzən rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR