Baş Prokurorluq: Bakıda mənzildə meyiti tapılan 4 nəfər dəm qazından ölüb

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 06 yanvar 2023 17:06 (UTC +04:00)

Bakının Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfər şəxsin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, araşdırma zamanı vəfat edən şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilib.

İlkin ehtimala görə, hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR