Baş Prokurorluq Bakıda törədilən qətllə bağlı məlumat yayıb - YENİLƏNİB

Baş Prokurorluq Bakıda törədilən qətllə bağlı məlumat yayıb - YENİLƏNİB
# 07 dekabr 2022 19:17 (UTC +04:00)

Baş Prokurorluq Bakının Xətai rayonunda törədilən qətllə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, paytaxtın Xətai rayonunu ərazisində 1983-cü il təvəllüdlü Raminə Qəribovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri 1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Raminə Qəribovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.

***

18:59

Bakıda kişi keçmiş arvadını qətlə yetirib.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

O bildirib ki, hadisə Xətai rayonunda, Həzi Aslanov metro stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Raminə Qəribova keçmiş əri, 1976-cı il təvəllüdlü İlqar Qəribov tərəfindən qətlə yetirilib.

İlqar Qəribov polis əməkdaşları tərəfindən "isti izlərlə" saxlanılıb.

Qeyd edək ki, cütlük ötən ilin avqust ayında boşanıb. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR