Baş Prokurorluq: Naxçıvan MR-in sabiq prokuroru həbs olunmayıb

Baş Prokurorluq: Naxçıvan MR-in sabiq prokuroru həbs olunmayıb
# 02 fevral 2023 11:44 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat verib.

“Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilir. Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır”, Baş Prokurorluqdan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR