Azərbaycanın prokurorluq işçilərinə Avropa təcrübəsi öyrədilir

Azərbaycanın prokurorluq işçilərinə Avropa təcrübəsi öyrədilir
# 14 oktyabr 2019 17:54 (UTC +04:00)

Baş Prokurorluğun müvafiq idarələrinin, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və Naxçıvan Muxtar Respublikası prokurorluqlarının əməkdaşlarının hüquqi statistika sahəsindəki biliklərinin artırılması və Avropa təcrübəsinin öyrənilməsi məqsədilə tədbir keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilən tədbirdə Avropa Statistika Bürosunun (Avrostat) hüquqi-statistika üzrə ekspertləri xanım Adriana Tetevenska və xanım Maria Giuseppina Muratore iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR