Batumidə binanın çökməsinə görə tutulan Azərbaycan vətəndaşına hökm oxunub

Batumidə binanın çökməsinə görə tutulan Azərbaycan vətəndaşına hökm oxunub
# 05 iyul 2022 12:43 (UTC +04:00)

Batumi Şəhər Məhkəməsi 26 May küçəsində yaşayış binasının uçması işi üzrə hər üç şəxsi təqsirli bilib.

APA-nın yerli bürosu Acara TV-yə istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, mənzil sahibi Zaur Budaqov 4 il, onun təmir üçün işə götürdüyü Hüseyn və Giorgi Surmanidzelərin hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər məhkəmənin bugünkü iclasında iştirak etməyiblər.

Xatırladaq ki, ötən il oktyabrın 8-də Batuminin 26 may küçəsində yerləşən binanın bloklarından biri tamamilə uçub, nəticədə üçü azyaşlı olmaqla 9 nəfər həlak olub. İnsidentlə əlaqədar Gürcüstanda matəm elan edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə əlaqədar 3 nəfəri - ata və oğul olan iki fəhləni və birinci mərtəbədəki mənzilin sahibi, Azərbaycan vətəndaşı Zaur Budaqovu saxlayıb.

Ekspertizanın rəyinə görə, hadisəyə səbəb binanın birinci mərtəbəsində aparılan təmir işləri zamanı tikintidə təhlükəsizlik qaydalarının pozulması olub. İttiham tərəfinin fikrincə, binanın uçmasına səbəb mənzildəki dayaq divarının sökülməsi olub.

Saxlanılan şəxslər irəli sürülən ittihamları rədd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR