Bayılda neft buruqlarının mühərriklərini oğurlayan şəxslər saxlanılıb

Bayılda neft buruqlarının mühərriklərini oğurlayan şəxslər saxlanılıb
# 24 sentyabr 2019 12:48 (UTC +04:00)

Səbail rayonu Bayıl qəsəbəsində yerləşən neft buruqlarının mühərrikləri oğurlanıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinə müraciət edilərək qəsəbə ərazisində müxtəlif vaxtlarda 5 ədəd neft mühərriyinin naməlum şəxslər tərəfindən oğurlandığı barədə məlumat verilib. İdarənin əməkdaşları tərəfindən dərhal “isti” izlərlə əməliyyat-axtarış tədbiri keçirilib və qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən paytaxt sakini Tərlan İbadov və İmişli rayon skini Elnur Ağayev saxlanılıblar. Hər iki şəxs ifadələrində 5 ədəd mühərrik oğurladıqlarını və paytaxtın Nizami rayonunda satdıqlarını bildiriblər.

Qeyd edək ki, oğurlanmış əşyalar polis əməkdaşları tərəfindən satıldığı obyektdə aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət işi başlanılıb.

Hazırda saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR