Bayram günləri yol qəzalarında 9 nəfər ölüb

Bayram günləri yol qəzalarında 9 nəfər ölüb
  • Clock-gray 12:43
  • calendar-gray 11 Noyabr 2019

Respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb.  

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date