Bayram günü 2 yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb

Bayram günü 2 yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb
# 01 yanvar 2022 10:21 (UTC +04:00)

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub:

- Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

- Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR