Bərdə sakininin 16 min manatını ələ keçirən şəxslər tutulub

Bərdə sakininin 16 min manatını ələ keçirən şəxslər tutulub
# 11 avqust 2022 11:33 (UTC +04:00)

Bərdədə dələduzluq etməkdə şübhəli bilinən şəxslər müəyyən olunub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart ayından iyun ayınadək olan müddətdə Lək kənd sakini F.Qədimovudan dələduzluq yolu ilə 16000 manat almaqda şübhəli bilinən Bakı şəhər sakini F.Kərimov və Bərdə şəhər sakini O.Həsənov saxlanılıb.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR