Bərdədə 15 yaşlı qıza qarşı zorakılıq edərək videoya çəkən 4 nəfər müəyyən edilib

Bərdədə 15 yaşlı qıza qarşı zorakılıq edərək videoya çəkən 4 nəfər müəyyən edilib
# 26 avqust 2022 10:58 (UTC +04:00)

Bərdədə 15 yaşlı qıza qarşı zorakılıq əməli törədərək videoya çəkən 4 nəfər

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində müəyyən edilib.

APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib.

Onun sözlərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, Bərdədə bir kəndi ayağa qaldıran xoşagəlməz hadisə baş verib.

Belə ki, 2007-ci il təvəllüdlü qıza qarşı qeyri-etik və zorakılıq hərəkətləri edən şəxslər bu əməllərini videoya çəkərək yayıblar.

Hadisədən xəbər tutan qızın ailəsi rayon polis şöbəsinə məlumat verib.

Bununla yanaşı, hadisədən hiddətlənən kənd sakinləri də həmin şəxslərin cəzalandırılmasını tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR