Bərdədə 24 yaşlı oğlan kanalda batıb

Bərdədə 24 yaşlı oğlan kanalda batıb
# 27 aprel 2022 16:35 (UTC +04:00)

Bərdədə 24 yaşlı oğlan kanalda batıb.

APA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində 1998-ci il təvəllüdlü Orucov Elməddin Yusif oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR