Bərdədə 3 azyaşlını maşın vurub - FOTO

Bərdədə 3 azyaşlını maşın vurub - FOTO
# 24 iyul 2022 15:58 (UTC +04:00)

Bərdədə yolu keçmək istəyən 3 azyaşlını maşın vurub.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb. Kənd sakinləri 7 yaşlı Səfərov Vəli Füzuli oğlu, 14 yaşlı Səfərova Leyla Füzuli qızı və 6 yaşlı Məmmədov Ümüd Şakir oğlu yolu keçmək istəyən zaman onları Moskviç markalı minik avtomobili vurub.

Qəza nəticəsində hər 3 yaralı hadisə yerinə cəlb olunan təcili tibbi yardım maşını ilə Bərdə rayon Diaqnostika mərkəzinə çatdırılıblar. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR