Bərdədə 32 yaşlı kişi güllələnib - YENİLƏNİB - VİDEO

Bərdədə 32 yaşlı kişi güllələnib  - YENİLƏNİB  - VİDEO
# 22 yanvar 2022 22:09 (UTC +04:00)

Bərdə rayonunda güllələnən şəxs həyatını itirib.

APA-nın yerli bürosu xəbər verir ki, iki güllə yarası ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən İsrafil Hüseynov dünyasını dəyişib.

Qeyd edək ki, hadisə rayonun Ləmbəran kəndində baş verib. Məlumata görə, İ. Hüseynovu qohumu güllələyib. Hadisənin onların arasında yaranmış münaqişə zəminində baş verdiyi bildirilir.

***

20.17

Bərdədə güllələnmə hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb. 1990-cı ilə təvəllüdü Hüseynov İsrafil Hümbət oğlu odlu silahdan atılmış iki güllə yarası alıb.

Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək əməliyyat edilib. Xəstəxanadan əldə edilən məlumata görə yaralının vəziyyəti ağırdır.

Hadisənin səbəbi tam olaraq məlum deyil. Faktla bağlı araşdırma başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR