Bərdədə 5 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Bərdədə 5 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb
# 03 fevral 2023 09:14 (UTC +04:00)

Bərdədə 5 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

APA xəbər verir ki, ötən gün "VAZ 2121" ("Niva") markalı 90-EA-774 dövlət qeydiyyat nişanlı avtomobillə 34-BG-302 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı avtomobillərin toqquşması nəticəsində Quliyev Ceyhun Arif oğlu (1988), Baxşəliyev İlkin Məhərrəm oğlu (1995), Kərəmova Xalidə İsa qızı (1972), Baxşəliyev Məhərrəm Nüsrət oğlu (1968), Baxşaliyeva Məfdunə Məhərrəm qızı (1998) hadisə yerində ölüb.

2001-ci il təvəllüdlü Baxşaliyeva Fəridə Məhərrəm qızı müxtəlif bədən xəsarətləri alaraq Bərdə Rayon Diaqnostika Mərkəzinə köçürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, ekspertizalar təyin edilib.

İstintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR