Bərdədə arvadı tərəfindən döyüldükdən sonra ütü ilə yandırılan 80 yaşlı kişi ölüb  

Hidayət Cəfərov

© APA | Hidayət Cəfərov

# 06 iyul 2022 17:39 (UTC +04:00)

Bərdədə arvadı tərəfindən döyülən, ütü ilə yandırılan kişi ölüb.

Bu barədə APA-nın yerli bürosuna Hidayət Cəfərovun oğlu Xudayar Cəfərov məlumat verib.

Hidayət Cəfərov xəstəxanada keçinib. Xudayar Cəfərov bildirib ki, dəfn mərasimindən sonra atalarının ölümünə səbəb olan ikinci həyat yoldaşı Serbiya Cəfərovanın cəza alması üçün müvafiq orqanlara şikayət edəcəklər.

Qeyd edək ki, hadisə Bərdə rayonunun Gərənə kəndində baş verib. Kənd sakini Hidayət Cəfərovun həyat yoldaşı ərinin öldüyünü bildirib və dəfn üçün evə molla çağırıb. Molla Hidayət Cəfərovun ölmədiyini gördükdən sonra onun övladlarına xəbər verib. Məhz bundan sonra Hidayət Cəfərovun arvadı Serbiya Cəfərova tərəfindən işgəncəyə məruz qaldığı, döyüldüyü, ütü ilə yandırıldığı məlum olub. Övladları bu barədə polisə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR