Bərdədə evdən 5 min manatlıq oğurluq edən şəxs tutulub

Bərdədə evdən 5 min manatlıq oğurluq edən şəxs tutulub
# 05 yanvar 2023 11:31 (UTC +04:00)

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fərdi yaşayış evindən qızıl-zinət əşyaları və nəğd pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayonun Çəmənli kəndində yerləşən fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum edilmiş Zahid Sədiyev saxlanılıb. Araşdırmalarla onun 3960 manat dəyərində qızıl-zinət əşyaları və 1000 manat nəğd pul oğurladığı müəyyən olunub.

Z.Sədiyev dindirilərkən ələ keçirdiyi məbləği Bakı şəhərində öz əyləncəsinə xərclədiyini etiraf edib.
Onun barəsində Bərdə RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR