Bərdədə heyvan oğruları saxlanılıb

Bərdədə heyvan oğruları saxlanılıb
# 20 avqust 2019 10:15 (UTC +04:00)

Bərdədə oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, avqustun 2-də Bərdə rayon Mustafaağalı kənd sakini olan bir qadın RPŞ-yə ərizə ilə müraciət edərək fermadan 1700 manat dəyərində olan iki baş iribuynuzlu heyvanın oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mustafaağalı kənd sakinləri Turab Talıbov və Rəşad Əsədzadə saxlanılıb. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf edib. Oğurlanmış heyvanlar tapılaraq sahibinə qaytarılıb.

Bundan əlavə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində rayonun Qarayusifli kəndində 800 manat dəyərində at oğurlayan Alpoud kənd sakini, əvvəllər məhkum edilmiş Fəxri Mustafayev və rayonun Şirvanlı kəndində bir ədəd “VAZ-21011” markalı avtomobili qaçırmaqda şübhəli bilinən həmin kənd sakini Elşən Quliyev saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR