Bərdədə yol qəzasında ölənlərin sayı 5-ə çatıb - ADLAR - FOTO - VİDEO - YENİLƏNİB-2

Bərdədə yol qəzasında ölənlərin sayı 5-ə çatıb - ADLAR  - FOTO  - VİDEO  - YENİLƏNİB-2
# 02 fevral 2023 21:11 (UTC +04:00)

Yevlax-Ağdam-Laçın yolunun təmir olunan 37-ci kilometrliyində baş verən qəzada ölən şəxslərin adı məlum olub.

APA xəbər verirk ki, "VAZ 2121" ("Niva") markalı 90-EA-774 dövlət qeydiyyat nişanlı avtomobillə 34-BG-302 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı avtomobillərin toqquşması nəticəsində ölən şəxslərin adı aşağıdakılardır:

Quliyev Ceyhun Arif oğlu (1988);

Baxşəliyev İlkin Məhərrəm oğlu (1995);

Kərəmova Xalidə İsa qızı (1972);

Baxşəliyev Məhərrəm Nüsrət oğlu (1968);

Baxşaliyeva Məfdunə Məhərrəm qızı (1998).

2001-ci il təvəllüdlü Baxşaliyeva Fəridə Məhərrəm qızı müxtəlif bədən xəsarətləri alaraq Bərdə Rayon Diaqnostika Mərkəzinə müraciət edib.

***

Saat 20:00

Xəbərə foto və video əlavə olunub.

***

19:42

Yevlax-Ağdam-Laçın yolunda baş verən qəza zamanı ölənlərin sayı 5-ə çatıb.

Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyevin APA-ya verdiyi xəbərə görə, xəstəxanaya yerləşdirilən 1 nəfərin də vəziyyəti ağırdır.

TƏBİB-dən bildirilib ki, baş verən hadisə ilə bağlı 3 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Həkimlərin səyinə baxmayaraq, vəziyyəti ağır olan iki nəfər dünyasını dəyişib.

Hazırda bir nəfərin müalicəsinə davam edilir.

Vəziyyəti ağırdır.

***

18:53

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bərdə rayonunda, Yevlax-Ağdam-Laçın yolunda baş verən qəza barədə məlumat açıqlayıb.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qəza nəticəsində ilkin məlumata görə, 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

***

18.13

Bərdədə ağır yol qəzası baş verib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonunun Kətəlparaq kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində ölənlərin olduğu, 1 nəfər isə ağır bədən xəsarətləri aldığı bildirilir.

Xəsarət alan şəxs Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR