Bərdədə keçmiş məhkum qadını bıçaqlayıb - VİDEO

Bərdədə keçmiş məhkum qadını bıçaqlayıb - VİDEO
# 14 noyabr 2022 15:03 (UTC +04:00)

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində qadına qarşı quldurluq etməkdə və bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, noyabr ayının 13-də naməlum şəxsin bir qadına hücum edərək çantasını ələ keçirtməyə cəhd göstərməsi, müqavimətlə üzləşdikdə isə bıçaqla xəsarət yetirməsi barədə Bərdə RPŞ-yə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Emin Qarayev saxlanılıb. Həmçinin hadisə zamanı istifadə edilən bıçaq aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də E.Qarayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR