Bərdədə “Köhnə bazar”da yanğın olub

Bərdədə “Köhnə bazar”da yanğın olub
# 22 iyul 2019 16:57 (UTC +04:00)

Bərdədə “Köhnə bazar” adlanan ərazidə baş vermiş güclü yanğın nəticəsində 12 mağaza yanaraq külə dönüb.

APA TV-nin xəbərinə görə, sahibkarlara yüz minlərlə manat ziyan dəyib. Bərdə şəhərinin Üzeyir Hacıbəyov küçəsində fəaliyyət göstərən ticarət obyektlərində yanğın gecə saatlarında başlayıb.

Nəticədə ümumi sahəsi 2000 m² olan, bir-birinə bitişik qalayçı sexi və mebel mağazaları içində olan mallarla bərabər 590 m² sahədə yanıb. Yanğına səbəb kimi elektrik naqillərində baş vermiş qısaqapanma göstərilir. Yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyi Yanğından Mühafizə Xidmətinin Bərdə, Ağdam, Tərtər və Yevlax rayon hissələrinin əməkdaşları cəlb edilib.

Yanğınsöndürənlər alovun digər tikililərə keçməsinin qarşısını ala bilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR