Bərdədə məktəbdə yanğın olub - VİDEO

Bərdədə məktəbdə yanğın olub - VİDEO
# 15 noyabr 2022 08:51 (UTC +04:00)

Bərdədə məktəb yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bərdə rayonunun Əyricə kəndində ümumi sahəsi 532 m² olan (hər mərtəbəsi 266 m²) ikimərtəbəli kənd tam orta məktəb binasının dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR