Bərdədə minik avtomobilləri toqquşub, ölən və xəsarət alanlar var - FOTO - VİDEO

Bərdədə minik avtomobilləri toqquşub, ölən və xəsarət alanlar var - FOTO  - VİDEO
# 21 iyul 2022 14:16 (UTC +04:00)

Bərdə rayonunda "NİVA" və "VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, həlak olan şəxs Bərdə rayonu, Əmirli kənd sakini, 1986-cı il təvəllüdlü Eyvazova Şəhla Dadaş qızıdır.

Müxtəlif bədən xəsarətləri ilə Bərdə Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən yaralılar Həziyev Əhəd Mehbalı oğlu, Zeynalova Afaq Mehbalı qızı, Həziyeva Mülayim Məmiş qızı, Dadaşov Ələmdar Məhərrəm oğlu, Calalov Sədi Cəlal oğlu və Hüseynov Kənan Həsən oğludur.

Onlardan bəzilərinin vəziyyəti orta ağır qiymətləndirilir.

Yaralılar arasında polis əməkdaşlarının olduğu da bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR