Bərdədə ticarət obyektlərində yanğın olub, yaxınlıqdakı məktəb binası yanğından mühafizə edilib - YENİLƏNİB

Bərdədə ticarət obyektlərində yanğın olub, yaxınlıqdakı məktəb binası yanğından mühafizə edilib - YENİLƏNİB
  • Clock-gray 09:26
  • calendar-gray 21 İyul 2019

Bərdə şəhərinin Üzeyir Hacıbəyov küçəsində ümumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik tikilən, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tikililərin qalan hissəsi və yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***

saat 03.21

Bərdə rayonunun mərkəzində yerləşən ticarət obyektlərindən birində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, yanğın rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən, rayon mərkəzində bir-birinə bitişik mağazalar yanır.  Hazırda yanğının söndürülməsi istiqamətində müvafiq zəruri tədbirlər görülür.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date