Bərdədə xəzinədar işlədiyi mağazadan 340 min manat pul mənimsəyib - RƏSMİ

Bərdədə xəzinədar işlədiyi mağazadan 340 min manat pul mənimsəyib - RƏSMİ
# 14 avqust 2019 13:08 (UTC +04:00)

Bərdədə mağazadan külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da rayon ərazisindəki inşaat materialları mağazalarının birindən 340 000 manat pulu götürərək itkin düşən, orada xəzinədar işləyən X.Əliyev saxlanılıb.

O, izahatında işlədiyi mağazadan qeyd edilən məbləği mənimsəməsini etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR