Bərdədə yol qəzasında xəsarət alanlardan biri ölüb - YENİLƏNİB - VİDEO

Bərdədə yol qəzası

© APA | Bərdədə yol qəzası

# 16 may 2022 15:40 (UTC +04:00)

Bərdədə baş verən yol qəzasında xəsarət alanlardan biri ölüb.

APA-nın yerli bürosu xəbər verir ki, Hindarx-Borsunlu yolunda, Bərdənin Əmirli kəndində “Mercedes” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan 1952-ci il təvəllüdlü Qarayev Ələmdar Əkbər oğlu xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.

***

12.36

Bərdədə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Hindarx-Borsunlu yolunda, rayonun İmirli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ 2106" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ"-da olan 1952-ci il təvəllüdlü Qarayev Ələmdar Əkbər oğlu, onun qardaşı, 1961-ci il təvəllüdlü Qarayev Rəhbər Əkbər oğlu və onun həyat yoldaşı 1964-cü il təvəllüdlü Qarayeva Lətafət Yunis qızı xəsarət alaraq Ağdam Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Orada onlara ilkin tibbi yardım göstəriləndən sonra Bərdkə Diaqnostika Mərkızinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR