Bərdədə yük maşınları yanacaqdoldurma məntəqəsinə çırpılıb - FOTO

Bərdədə yük maşınları yanacaqdoldurma məntəqəsinə çırpılıb - FOTO
# 18 may 2022 19:09 (UTC +04:00)

Bərdədə “Kamaz” və “HOWO” markalı yük maşınları yanacaqdoldurma məntəqəsinə çırpılıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Bərdə-Yevlax magistral yolunun Bərdə rayonu ərazisindən keçən hissəsində baş verib.

Cəfərov Vahid Təhməz oğlu idarə etdiyi KAMAZ markalı yük maşını və İran İslam Respublikasının vətəndaşı Heydərqulu Məhəmmədəhəd Mehdiqulu oğlunun idarə etdiyi “HOVO” markalı yük maşınları yanacaqdoldurma məntəqəsinə çırpılıb.

Yanacaqdoldurma məntəqəsinə ciddi ziyan dəyib. Dərhal hadisə yerinə FHN –nin əməkdaşları cəlb olunub. Hər iki sürücü Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib. Azərbaycanlı sürücü ilkin tibbi yardımdan sonra evə buraxılsa da, iranlı sürücünün müayinəsi davam etdirilir.

Faktla bağlı araşdırma başlanıb. Hadisənin başvermə səbəbi öyrənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR