Bərdəyə qonaq gedən Goranboy sakini itkin düşüb - FOTO

Bərdəyə qonaq gedən Goranboy sakini itkin düşüb - FOTO
# 20 noyabr 2019 11:54 (UTC +04:00)

Bərdəyə qonaq gedən 49 yaşlı qadın itkin düşüb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Zümürxan kəndinə qonaq gələn, Goranboy rayon Ağcakənd kənd sakini Nəsibova Bahar Fərman qızı noyabrın 17-də səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

B. Nəsibovanın qohumu Səbuhi Vəliyev APA-ya bildirib ki, itkin düşən qadın sonuncu dəfə Bakı şəhərində görülüb.

B.Nəsibovanın ruhi xəstə olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR