Beyləqan-Daşburun istiqaməti ilə hərəkət edən yük qatarında yanğın baş verib

Beyləqan-Daşburun istiqaməti ilə hərəkət edən yük qatarında yanğın baş verib
# 10 yanvar 2023 22:59 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus yük qatarında yanğın olub.

APA Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Saatlı şəhərində Beyləqan-Daşburun istiqaməti ilə hərəkət edən 8 ədəd vaqondan ibarət yük qatarının bir vaqonunda taxta şpal yanıb. Teplovoz və digər vaqonlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR