Beyləqan sakini Bakıda bıçaqlanıb

Beyləqan sakini Bakıda bıçaqlanıb
# 15 oktyabr 2019 23:51 (UTC +04:00)

Bakıda Beyləqan rayon sakininin başına bıçaqla xəsarət yetirilib.

APA xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Biləcəri qəsəbəsində naməlum şəxs xuliqanlıq zəminində Beyləqan rayon sakini, 1985-ci il təvəllüdlü Əliyarov Müşfiq Tofiq oğlunun baş nahiyəsinə bıçaqla xəsarət yetirib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR