Beyləqanda ata-ana evin həyətində, iki oğlu qəbiristanlıqda qətlə yetirilib - ADLAR - YENİLƏNİB-2

Beyləqanda ata-ana evin həyətində, iki oğlu qəbiristanlıqda qətlə yetirilib - ADLAR -  YENİLƏNİB-2
# 03 dekabr 2022 00:54 (UTC +04:00)

Bəyləqanda bir ailənin dörd üzvünün qətlə yetirilməsi ilə bağlı daha bir məqam məlum olub.

APA-nın əldə etdiyi xəbərə görə, tərəflər arasında sonuncu mübahisə yol verməmək üstündə olub.

Belə ki, qətlə yetirilən ailə üzvləri hadisəni törətməkdə şübhəli bilinən Fuad Cəlilzadənin yaşadığı evə gedən yolu naqillə kəsərək onun evinə gedən istiqaməti bağlayıblar.

Bu səbəbdən hadisədən bir gün əvvəl də onlar arasında dava olub.

***

Saat 00:14

Bəyləqanda öldürülən ailə üzvlərinin adı bəlli olub.

APA xəbər verir ki, düşmənçilik zəminində öldürülən 4 nəfərin adı aşağıdakılardır:

Quliyev Nadir Cümşüd oğlu – 56 yaş;

Quliyeva Tərgül Sərxan qızı – 51 yaş;

Quluzadə Amin Nadir oğlu – 26 yaş;

Quluzadə Xəyal Nadir oğlu - 29 yaş;

Hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı Fuad Cəlilzadə ana ilə atanı yaşadıqları evin həyətində, qardaşları isə qəbristanlıqda qətlə yetirib.

Qeyd edək ki, ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.

***

Saat 23:49

Beyləqanda bir ailənin dörd üzvü odlu silahla öldürülüb.

APA xəbər verir ki, qətlə yetirilənlər ata, ana və iki qardaş olub.

Hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə ailə üzvlərindən ikisini evdə, ikisini isə qəbristanlıqda güllələyib.

***

Saat 23:26

Beyləqanda bir ailənin 4 üzvü öldürülüb.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR