Beyləqanda avtomobil ağaca çırpılıb, ölən və yaralananlar var

Beyləqanda avtomobil ağaca çırpılıb, ölən və yaralananlar var
# 10 iyun 2022 09:52 (UTC +04:00)

Beyləqanda avtomobil ağaca çırpılıb.

APA xəbər verir ki, hadisə rayonun Bolsulu kəndində qeydə alınıb.

1999-cu il təvəllüdlü İlknur Əliyevin idarə etdiyi "VAZ 21013" markalı avtomobil idarəetməni itirərək yolun kənarında ağaca çırpılıb.

Nəticədə sürücü və sərnişinləri - 2004-cü il təvəllüdlü Əli Şirinov və 2005-ci il təvəllüdlü Məyiş Hüseynov ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Yaralılardan Məyiş Hüseynov xəsarətləri ağır olduğundan o, Bakı şəhəri Travmatologiya İnstitutuna gətirilib.

Lakin həkimlərin səyinə baxmayaraq Məyiş Hüseynov ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR